Anatoli Banişevskinin xatirə turnirinin qalibi bəlli olub
Bakı, 24 fevral, AZƏRTAC
Anatoli Banişevskinin doğum gününə həsr olunmuş ənənəvi futbol turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən turnirdə Bakının kənd və qəsəbələrindən ümumilikdə 8 komanda iştirak edib.
Mərdəkan qəsəbəsindəki milli komandaların məşq meydanında keçirilən final qarşılaşmasında Qobustan qəsəbəsini təmsil edən “Şıxlar” komandası rəqibi “Ələt”i 4:1 hesabı ilə üstələyərək turnirin qalibi olub.
Yekunda turnirdə müvafiq yerləri tutmuş komandalara AFFA tərəfindən kubok, medallar və müxtəlif nominasiyalar üzrə hədiyyələr verilib. Kuboku “Şıxlar” komandasına AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov birlikdə təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]