Andrey Şevçenko Ukrayna millisinin məşqçilər düşərgəsində çalışacaq
Bakı, 12 fevral, AZƏRTAC
Futbol üzrə Ukrayna millisi, “Dinamo” (Kiyev), “Milan” və “Çelsi” klublarının sabiq forvardı Andrey Şevçenkonun yeni iş yeri bəlli olub.
AZƏRTAC xəbər verir ki, Şevçenko bundan sonra Ukrayna millisinin məşqçilər düşərgəsində çalışacaq. Artıq 39 yaşlı hücumçu yığmada məşqçi kimi fəaliyyət göstərməsinə raziliq verib. Ulduz futbolçu Ukrayna millisində baş məşqçi Mixail Fomenkonun köməkçisi olacaq.
Belə ki, 2012-ci ildə futbolçu karyerası ilə vidalaşan Şevçenko 2014-cü ildə məşqçilik kurslarini bitirib. İdman mütəxəssislərinin fikrincə, məşqçi kimi çalışacaq Şevçenkonun ölkə tarixində ilk dəfə Avropa çempionatında təmsil olunacaq yığma komandaya böyük xeyri dəyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]