Andrey Sibiqa: Ukrayna bu il müharibəyə son qoymağa çalışır
Kiyev, 10 aprel, AZƏRTAC
Ukrayna ədalətli, hərtərəfli və davamlı sülhə nail olmaq üçün bu il müharibəyə son qoymağa çalışır.
AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalyada Ukrayna icması ilə görüşündə deyib.
“Ukrayna dünyanın bütün ölkələrindən sülhə daha çox can atır. Biz bu müharibəyə bu il son qoymaq istəyirik. Biz Ukrayna üçün ədalətli, hərtərəfli, davamlı sülhə nail olmaq istəyirik”, - deyə Sibiqa əlavə edib.
“Biz real vəziyyətə daha çox dəyər verdik, həqiqi tərəfdaşlığa və dostluğa daha çox dəyər verdik”, - deyə Sibiqa bildirib.
Nazir köməyə görə Türkiyəyə, Prezident Ərdoğana və türk xalqına minnətdarlığını bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]