Ankara məhkəməsi Rusiya səfirinin qətlində təqsirləndirilən 3 nəfərə ömürlük həbs cəzası kəsib
Moskva, 9 mart, AZƏRTAC
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Ankarada keçirilən məhkəmədə Salih Yılmaz və Şahin Sögüt səfirin qatili Mövlut Mert Altıntaşa tapşırıqlar və təlimatlar verməkdə təqsirli bilinərək iki ömürlük həbs cəzasına məhkum ediliblər.
Təqsirləndirilən digər 3 nəfərə isə bir ömürlük həbs cəzası kəsilib.
Ankara məhkəməsi A.Karlovun qətli ilə bağlı təqsirli bilinən altı nəfərə bəraət verib, daha səkkiz nəfər 5 ildən 15 ilədək həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabrında Ankarada fotosərginin açılışı mərasimində qətlə yetirilib. Qatil Mövlut Mert Altıntaş hadisə yerində güllələnmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]