Ankarada Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək
Bakı, 28 oktyabr, AZƏRTAC
Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, deputat Musa Qasımlı tədbirdə iştirak etmək üçün oktyabrın 29-dan 31-dək Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.
Tədbirdə bir əsr bundan əvvəl Qars müqaviləsini imzalamış dövlətlərin akademikləri, tanınmış elm adamları, sahə mütəxəssisləri iştirak edəcəklər.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı tədbirdə “Qars müqaviləsinin ratifikasiyası məsələsinə dair” mövzusunda məruzə ilə çıxış edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib
- 15.08.2026 [15:17]
Xankəndi və Baia Mare qardaşlaşır - FOTO
- 14.08.2026 [14:39]
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub
- 14.08.2026 [11:07]