ANNA QURBANOVANIN GÜMÜŞ MEDALI
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Dauqava sahillərində keçirilən bu yarışlar A.Qurbanova üçün Beynəlxalq Gimnastika Federasiyasının (FIG) təqvimində təsdiq olunmuş və aprelin 23-25-də Azərbaycan paytaxtında Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək Dünya kuboku yarışlarına hazırlıq kimi qiymətləndirilir.
Bədii gimnastika üzrə yığma komandamızın digər üzvləri də Bakıda keçiriləcək Dünya kuboku yarışlarına hazırlığı davam etdirirlər. Dörd gimnastımız – iki dəfə Azərbaycan çempionu Dinara Gimatova, habelə Vəfa Hüseynova, Dina Qorina və Valeriya Yeqay Ulyanovskda bu vilayətin qubernatoru Vladimir Şamanovun mükafatları uğrunda ikinci beynəlxalq turnirdə iştirak edirlər.