“Antalyaspor” klubu kapitanı ilə yollarını ayırıb
Bakı, 20 fevral, AZƏRTAC
Türkiyənin “Antalyaspor” klubu kapitanı Hakan Özmərtlə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Otuz yeddi yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, aşağı liqa təmsilçisi “Bodrumspor”la mövsümün sonuna kimi anlaşıb.
Futbolçu 2018-ci ildən “Antalyaspor”un uğurları üçün çalışırdı. Yarımmüdafiəçi 2007-2010-cu illərdə də bu komandanın formasını geyinib. “Antalyaspor”da 188 oyun keçirən futbolçu 15 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]