“APPLE HİLL” KVARTETİNİN USTAD DƏRSLƏRİ
Kvartet-Rupert Tomson (violonçel), Erik Stumaxer (piano), Elis Kuder (skripka), Mikael Kelle (skripka) BMA-nın tələbə və magistrləri SəidəTağızadə (fortepiano), Fərhad Aşumov (skripka), Rövşən Əmrahov (skripka), Hacı Məmmədzadə (klarnet), Vadim Sandler (skripka), Zakir Əsədovun (fortepiano) ifalarını dinləmiş və yüksək qiymətləndirmişdir.
BMA-nın beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Yeganə Axundova demişdir ki, “Apple Hill” kvarteti müharibədən zərər çəkmiş və münaqişə şəraitində olan ölkələrdə sülh naminə konsertlər verir və ustad dərsləri keçir, hər ölkədən bir nəfər gənc mahir ifaçı seçib, beynəlmiləl orkestr yaradırlar. Həmin orkestr sülh və millətlərin yaxınlaşması, dostluğu naminə konsertlər təşkil edir. Kvartet ötən il BMA-da ustad dərsləri keçmiş, iki tələbəmizi - Aleksey Miltix (violonçel) və Dilarə Mehdiyevanı (skripka) seçərək, adı çəkilən orkestrə daxil etmişdir. Kvartet ənənəsinə bu dəfə də sadiq qalaraq, ən yaxşı ifaçını seçib orkestrə dəvət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]