Aprelin 26-da gözlənilən hava şəraiti açıqlanıb

Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 26-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC -a verilən məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, dağlıq ərazilərdə 8°-dək isti, gündüz 27-32° isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var, arabir duman olacaq, qərb küləyi əsəcək Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, bəzi yerlərdə 27° isti təşkil edəcək.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı,
şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var, arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 24-29° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə, axşam isə bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-10° isti, gündüz 15-20° isti təşkil edəcək.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin gecəyə doğru bəzi qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-29° isti, dağlarda gecə 15-18° isti, gündüz 20-25° isti təşkil edəcək.