Aprelin 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-8°, gündüz 9-14° isti olacaqdır.
Bakıda gecə 6-8°, gündüz 11-13° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir.
Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 4-9°, gündüz 13-18° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 0-4° , gündüz 6-11° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 4-8° , gündüz 9-14° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9°, gündüz 12-17° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 6-9°, gündüz 10-15° isti, dağlarda gecə 2-5° isti, gündüz 6-10° isti təşkil edəcəkdir.