Aprelin üçüncü ongünlüyündə orta temperatur çoxillik iqlim normasından yüksək olub
Bakı, 6 may, AZƏRTAC
Respublikanın əksər bölgələrində aprel ayının üçüncü ongünlüyündə hava şəraiti nisbətən yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması ilə müqayisədə əsasən 3-4º yüksək olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 17,3º, Naxçıvanda 16,7º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 19-20º, Şəki-Zaqatalada 15-18º, Lənkəran-Astarada 17-19º, Gədəbəydə 12º, Quba və Dağlıq Şirvan bölgəsində 15-16º, Gəncədə və Goranboyda 18-20º, Ceyrançöldə və Tovuzda 17º qeydə alınıb.
Havanın minimum temperaturu İsmayıllıda və Gədəbəydə 5º, Qubada, Lənkəranda, Ceyrançöldə və Acınohurda 9º, Cəfərxanda, Şamaxıda, Gəncədə, Tovuzda və Şəki-Zaqatala bölgəsində 10º, Zəngilanda, Maştağada, Bərdədə, Zərdabda 11º təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]
Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO
- 29.09.2026 [01:12]