“AQROSERVİS” XİDMƏTİ YARADILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Fərmana uyğun olaraq, rayonda aqroservis xidmətlərinin yaradılması işində ilk addımlar atılmışdır. Maddi-texniki təchizat və mexanikləşdirmə istehsalat birliyi özəlləşdirməyə təqdim edildikdən sonra uzun müddət həmin idarədə rəhbər vəzifədə işləyən, hazırda isə rayonda iş adamı kimi tanınan Mirzə Cəfərov idarənin hərraca çıxarılan səhmlərinin bir qismini alaraq, burada “Aqroservis” xidməti təşkil etmişdir. Yeni müəssisədə kənd təsərrüfatı maşınları və aqreqatlarının təmiri və bərpası üçün hər cür şərait yaradılmışdır. Müxtəlif dəzgahlar, kompressorlar, qaynaq aparatları quraşdırılmışdır. Rəngləmə və bərpa sexləri fəaliyyət göstərir. Bundan əlavə, rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarını uzaq yerlərə daşımaq məqsədi ilə 8 ədəd “KaMAZ” markalı yük avtomobili alınmışdır.
“Aqroservis” xidməti nəzdində yaradılan yardımçı təsərrüfatda 60 baş qaramal, 40 baş davar saxlanılır, yem sexi açılmışdır. 2004-cü ildə mebel sexinin açılması və quşçuluğun inkişaf etdirilməsi də nəzərdə tutulmuşdur.
Hazırda ikimərtəbəli inzibati bina inşa edilir.
“Aqroservis” xidmətində 30 nəfərə yaxın işçi çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:01]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [16:55]
Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
- 16.06.2026 [16:50]
® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]