AQTA: Lənkəran-Astara regionunda 111 ictimai müəssisədə tələblərin pozulduğu aşkarlanıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ( AQTA) Lənkəran-Astara regional bölməsinin əməkdaşları tərəfindən cari ilin 8 ayı ərzində keçirilən yoxlamalar zamanı 111 ictimai iaşə müəssisəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, bunlardan insan həyatı və sağlamlığı üçün təhlükə yaradan 10 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Həmin müəssisələrdən 5-i tam sağlamlaşdırılaraq, yəni obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğu təmin edilərək fəaliyyəti bərpa olunub, 5-də isə müvafiq tədbirlər görülməkdədir.
Sözügedən müəssisələrlə linkdə tanış ola bilərsiniz.