AQTA qəhvəyi mərmər bağacığı ilə əlaqədar maarifləndirmə tədbirləri aparır
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəhvəyi mərmər bağacığının müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yerli əhali və sahibkarlarla görüşlər keçirilib, zərərvericinin yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə təfsilatlı izahedici məlumatlar verilib.
Bundan başqa, qəhvəyi mərmər bağacığı haqqında maarifləndirici çap materiallarının (buklet, banner) yerli əhali arasında paylanılmasına başlanılıb. Həmçinin KİV-in dəstəyi ilə mediada məlumatlar yerləşdirilir, sosial şəbəkələrdə posterlər yayımlanır.
Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti qurumlarla birgə Azərbaycana qonşu ölkələrdən miqrasiya edən qəhvəyi mərmər bağacığı ilə əlaqədar qabaqlayıcı tədbirlər görür. Qeyd edək ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Agentlik əhalini zərərvericilərlə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırır, vətəndaşlardan zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və “1003-Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]