“Araz-Naxçıvan” klubu 6 futzalçı ilə anlaşıb
Bakı, 22 dekabr, AZƏRTAC
Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan “Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirmək istiqamətində işlər görür.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, sonuncu ölkə çempionu 6 futzalçı ilə anlaşıb. Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüb. Cari mövsümün ilk iki dövrəsini “Neftçi”də keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək. Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da çıxış edən Novruz Kazıxanov da “Araz-Naxçıvan”ın formasını geyinəcək. Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes də çempionla müqavilə imzalayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]