“Araz-Naxçıvan” ölkə çempionatlarında 100-cü oyununu keçirib
Bakı, 11 fevral, AZƏRTAC
Misli Premyer Liqasının XXII turu “Araz-Naxçıvan” üçün əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, muxtar respublika təmsilçisi ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
“Kəpəz”lə ev matçına təsadüf edən yubiley qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb.
“Araz-Naxçıvan” bu 100 görüşdə 32 qələbə qazanıb, 22 heç-heçə edib və 46 dəfə uduzub. “Liv Bona Dea Arena”dakı matç həm də 50-ci ev oyunu olub. Bu qarşılaşmalarda 20 qələbə, 14 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, Naxçıvan klubu ilk oyununu 2000-ci il avqustun 5-də “Qarabağ”a qarşı səfərdə (0:1), ilk ev matçını bir həftə sonra “Dinamo” ilə (0:0) keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]