ARDNŞ BEYNƏLXALQ YER GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRƏCƏKDİR
Bakı, 20 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin təşkilatçılığı ilə Bakı məktəbliləri arasında ekoloji mövzuda keçirilən “Eko-erudit” breyn-rinq yarışının final görüşü ərəfəsində bəzi tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə aprelin 22-də Beynəlxalq Yer günü çərçivəsində finalçıların şirkətin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayevlə görüşü planlaşdırılır. Görüşdə Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin nümayəndələri və Bakı şəhər məktəblərinin müəllimləri iştirak edəcəklər.
Şirkətin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 22-də, həmçinin BMT-nin Azərbaycandakı nümayəndəliyinin ictimai informasiya departamenti və ARDNŞ-in Ekologiya İdarəsi “Ekoloji park”da birgə maarifləndirmə tədbirinin keçirilməsini nəzərdə tutur. Tədbirdə ətraf mühitin və təbiətin mühafizəsi məsələlərinin daim diqqət mərkəzində saxlanılması, yer kürəsinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün ictimaiyyətin səylərinin birləşdirilməsi ideyaları təbliğ olunacaqdır. Tədbirdə BDU-nun müəllim və tələbələrinin, “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələrinin də iştirakı planlaşdırılır.
Xatırladaq ki, Beynəlxalq Yer günü ilə bağlı ilk tədbir 1970-ci ildə ABŞ-da keçirilmişdir. O vaxtdan hər il qeyd olunan bu tədbirin həyata keçirilməsində əsas məqsəd əhalinin diqqətini ətraf mühitin qorunmasına yönəltməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]