ARDNŞ-in istehsalat sahələrində ekoloji Monitorinq davam etdirilir
Bakı, 21 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin ekoloji tədqiqatlar ekspedisiyasının əməkdaşları sistemli ekoloji monitorinq həyata keçirirlər.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, birinci rübdə ekspedisiyanın əməkdaşları tərəfindən “Azneft” İstehsalat Birliyinin istismarında olan dənizdə və quruda yerləşən idarələrinin - “Neft daşları”, “28 May”, H.Z.Tağıyev adına, “Balaxanıneft”, Ə.Əmirov adına və “Bibiheybətneft” neftqazçıxarma idarələrinin mədən ərazilərində ekoloji nəzarət monitorinqi aparılmışdır.
Əsas diqqət işlək quyuların texniki vəziyyətinin, flyans birləşmələrin, neft kollektorlarının işlək vəziyyətdə olmasına yönəldilmişdir. Aşkar edilən nöqsanların aradan qaldırılması üçün təkliflər verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]