Azərbaycan Dövlət İnformasiya Agentliyi

Artıq yaşa dolmuş Xocalı uşaqları 18 ildən sonra alman ailələri ilə görüşmüşlər

Berlin, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil olunmuş “Almaniyada Xocalı günləri” adlı dördgünlük silsilə tədbirlər çərçivəsində Berlindəki “Palais am Festugsgraben” zalında qeyri-adi görüş keçirilmişdir.

Düz 20 il bundan əvvəl Xocalıda öz doğmalarını və yaxınlarını itirmiş Xocalı uşaqları keçirdikləri sarsıntıdan sonra üç ay alman ailələrində reabilitasiya dövrü keçmişlər. Artıq yaşa dolmuş həmin uşaqlar 18 ildən sonra o vaxt Almaniyada onlara sığınacaq vermiş və heç olmasa üç ay müddətində bu uşaqların valideynlərini əvəz etməyə çalışmış ailələrlə yenidən görüşmüşlər.

Görüş bilavasitə tədbir zamanı həmin zalda keçirilmişdir. Tədbiri Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Eva-Mariya Aux giriş sözü ilə açmışdır.

Kölndəki Klinik Psixologiya və Psixoterapiya İnstitutunun əməkdaşı Klaudia Şödlix uşaqların psixoloji travmasının aradan qaldırılması barədə qısa məruzə ilə çıxış etmişdir. O, Srebrenitsa və Ruandada törədilmiş soyqırımı aktları zamanı valideynlərini itirmiş, özləri isə salamat qalmış uşaqların psixoloji sarsıntını necə aradan qaldırmalarını nümunə göstərmişdir. K.Şödlix artıq yaşa dolmuş Xocalı uşaqlarına müraciətlə demişdir: “Siz dəhşətli hisslər keçirmisiniz. Siz hələ uşaq ikən cəhənnəm əzabı ilə üzləşmisiniz. Valideynlərinizi sizin gözləriniz qarşısında qətlə yetirmişlər. Mənə məlumdur ki, o vaxt sizlərdən bəziləri hələ yeniyetmə yaşına da çatmadıqları halda şaxtalı meşələrdən keçərək yolunuza davam etmiş, öldürülmüş balaca bacı və qardaşlarınızı öz zəif əllərinizdə aparmısınız. Uşaq vaxtı baş vermiş bu cür epizodları unutmaq çox çətindir və sizə necə ağır psixoloji zərbə vurulduğunu başa düşürəm. Lakin siz özünüzdə qüvvə taparaq yeni həyata başlamısınız. Bu məsələdə sizin 18 ildən sonra yenidən görüşdüyünüz bu ailələr sizə çox kömək etmişlər”.

Sonra 18 il bundan əvvəl 40 nəfərə yaxın yetim Xocalı uşaqlarının AFR-ə gətirilməsini təşkil etmiş Rayner Ossiq çıxış etmişdir. O, həmin hadisələrin necə baş verdiyini xatırlayaraq demişdir: “1993-cü ilin dekabr ayında Azərbaycandan bizə zəng vuraraq soruşdular ki, bu uşaqları qəbul edə bilərikmi? Biz dərhal müsbət cavab verdik və 40-a yaxın uşaq buraya gəldi”.

Xocalı sakinləri də öz xatirələrini bölüşmüşlər.

Aliyə Abışova bir neçə ayı Rza Gülün və onun xanımı Firdesin ailəsində keçirmişdir. Rza Gül demişdir: “Bizə zəng vurub soruşdular ki, Xocalıdan olan yetim uşaqları burada qəbul edə bilərikmi? Biz təəccübləndik: Bu nə sualdır?! Bizim üçün Azərbaycan da Türkiyə kimi vətəndir. Xocalı qırğını bizim üçün 1915-ci ildə Vanda nənə və babalarımızın qırılması kimi ağrılı faciədir. Bu uşaqlar isə bizim uşaqlardır. Ona görə tərəddüd etmədən razılaşdıq. Aliyə öz bacısı Aynurla birgə gəlmişdi, lakin onları müxtəlif ailələrə təyin etmişdilər. Aliyə bir neçə gün ağladı - bacısını görmək istəyirdi. Biz çətinliklə də olsa Aynuru tapandan sonra bizə dedilər ki, o da ağlayaraq elə hey öz böyük bacısını görmək istəyirmiş. Biz Aynuru da öz ailəmizə qəbul etdik. Buna qədər bizim özümüzün dörd qızımız və bir oğlumuz vardı. Bizə daha iki qız bəxş etdiklərinə görə biz cənab Ossiqə və sizin hamınıza çox təşəkkür edirik. Görün bu illər ərzində mənim qızım Aliyə necə böyüyüb, necə gözəlləşib”.

Aliyə Abışova göz yaşlarını güclə saxlayaraq deyir: “Dünən bu görüş barədə bizə gözlənilmədən xəbər veriləndə mən həyəcandan bütün gecəni yata bilməmişəm. O vaxt, düz 20 il bundan əvvəl mən meşədə atamı itirdim, amma burada özümə ata tapdım. Rza Gül mənim üçün atamı əvəz etdi”.

Süleyman Göyçəlinin ailəsi 18 il bundan əvvəl Seymur Tapdıq oğlu Çobanovu qəbul etmişdir. Bu illər ərzində saçlarına dən düşmüş Göyçəli demişdir: “Biz Seymuru ilk dəfə görəndə bu oğlanın gözləri məni hər şeydən çox sarsıtmışdı. Onun gözlərində qorxu hissi vardı. Bu vahiməyə düşmüş gözləri unutmaq çətindir. Bu gün mənim oğlum artıq böyümüşdür, biz onunla çox fəxr edirik”.

Seymur Çobanov o günləri xatırlayaraq deyir: “O vaxt biz nə arzu edə bilərdik. Velosiped? Fotoaparat? Biz həyətdə oynayan bəxtəvər alman yaşıdlarımıza baxır və hiss edirdik ki, nə barədəsə biz onlardan fərqlənirik. Bizim arzularımız da onların istəklərindən fərqlənirdi. Biz o vaxt bir şey istəyirdik: Bizə avtomat versinlər, biz gedib öldürülmüş valideynlərimizin qisasını alaq. Mənim yeni ailəm uşaqlığımı mənə qaytardı. Lakin ədalət hələ də bərpa olunmamışdır”.

Gültən Doğanın ailəsi Tacir Əzizovu qəbul etmişdir. Tacir demişdir: “Biz Gültən xanımla yenidən görüşəndə o mənə ilk növbədə, 18 il bundan əvvəl onların evində geyindiyim futbol köynəyini göstərdi. Bütün bu illər ərzində Gültən xanım həmin köynəyi mənim barəmdə, onun təzə oğlu barədə ən əziz xatirə kimi saxlamışdır”.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov görüşdə çıxış etmişdir. O, vaxtilə azərbaycanlı uşaqları səmimiyyətlə qəbul etmiş ailələrə, eləcə də təşkilati işin aparılmasına görə Rayner Ossiqə təşəkkür etmişdir.

Sonda xatirə fotoşəkli çəkilmişdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb