ASİYA İNKİŞAF BANKI ÖLKƏMİZƏ QRANT AYIRACAQDIR
Asiya İnkişaf Bankının Şərqi və Mərkəzi Asiya Departamentinin direktoru Məhəmməd Tusney oktyabrın 22-də Bakıya gəlir.
Bankın respublikamızdakı əlaqələndirmə bürosunun məlumatına görə, səfərdən başlıca məqsəd ölkəmizdə yoxsulluğun azaldılmasına dair Dövlət Proqramının təqdimatı ilə əlaqədar beynəlxalq konfransda iştirak etmək və Azərbaycan hökuməti ilə qrant sazişi imzalamaqdır.
Bildirilir ki, qrantlar Yaponiya hökumətinin maliyyələşdirdiyi “Yoxsulluğun azaldılması” layihəsi çərçivəsində ayrılır. Bundan əlavə, bank Mingəçevirdəki avarçəkmə bazasında və məktəblərdə müvəqqəti yerləşdirilmiş məcburi köçkün və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün 2,5 milyon dollar vəsait ayıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]