Asiya İnkişaf Bankı Tacikistan iqtisadiyyatının inkişafına 178 milyon dollar ayırıb
Düşənbə, 5 mart, AZƏRTAC
Asiya İnkişaf Bankı “Energetika bölməsinin inkişaf Proqramı” çərçivəsində Tacikistanın energetika bölməsinin inkişaf etdirilməsinə 105 milyon dollar sərmayə qoyur.
AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, bu vəsait ölkənin energetika bölməsində islahatlar aparılmasına, Düşənbə, Kanibadam, İsfara, İstaravşan, Danqara və digər şəhərlərdə elektrik şəbəkələrinin yenidən qurulmasına, 400 min elektrik sayğacının, 264 güclü transfarmatorun alınmasına yönəldiləcək.
Bundan başqa, Asiya İnkişaf Bankı “Yol şəbəkəsinin davamlılığı” Proqramı çərçivəsində Temurmalik rayonunun yol şəbəkəsinin yenidən qurulmasına təmənnasız olaraq 73 milyon dollar ayırıb.
Tacikistan parlamentinin dünən keçirilən iclasında bununla bağlı Asiya İnkişaf Bankı ilə ölkə hökuməti arasında imzalanan saziş təsdiq edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]