AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib
Tbilisi, 10 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı qətnamə qəbul edib.
AZƏRTAC xəbər verir ki, AŞPA-nın 89 deputatı sənədin lehinə, 3-ü əleyhinə səs verib, 5 nəfər bitərəf qalıb.
Qətnamədə bildirilir ki, AŞPA Gürcüstan nümayəndə heyətinin etimadnamələrinin təsdiqlənməsinə baxmayaraq, onun bütün üzvlərinin Assambleyanı tərk etməsindən və bununla da dialoqdan imtina olunmasından dərin təəssüf hissi keçirir. Eyni zamanda, vurğulanır ki, bu ölkə ilə bağlı tövsiyələr bu günə qədər yerinə yetirilməyib, mövcud vəziyyətə dair çağırışlar isə davam edir. “Assambleya Gürcüstan hakimiyyətini ölkədəki böhrandan çıxmağa, Avropa Şurası və Assambleya ilə əməkdaşlığı tam bərpa etmək üçün müvafiq tədbirlər görməyə çağırır”, – deyə qətnamədə bildirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]