Aşqarlar Kimyası İnstitutunun alimləri bu il 7 patent alıblar
Bakı, 16 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri istər fundamental, istərsə də tətbiqi sahədə mühüm elmi nəticələr əldə ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əməkdaşların 2023-cü ilin 6 ayı ərzindəki fəaliyyəti qənaətbəxş olub. Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasının müdiri Minaxanım Musayevanın verdiyi məlumata görə, bu müddətdə institut əməkdaşları 19 konfransda məqalə və tezislərlə təmsil olunublar. Bu konfransların 9-u respublikada, 10-u isə xaricdə keçirilib, konfranslara 50 tezis (39 tezis respublika konfranslarına, 11 tezis xarici konfranslara) təqdim olunub. Cari ildə müxtəlif elmi jurnallarda institut əməkdaşlarının 23 (5-i respublika, 18-i xarici jurnallarda), konfrans materiallarında isə 9 məqaləsi (7-si respublika, 2-si xarici konfrans materiallarında) olmaqla, cəmi 32 məqaləsi dərc olunub. Bu məqalələrin 32-si impakt faktorlu jurnallarda dərc olunub.
Cari ilin hesabat dövründə elmi məqalələrə olan istinadların sayında da artım qeydə alınıb. Belə ki, bu il istinadların sayı 174, 2022-ci ilin I yarısında isə institut əməkdaşlarının məqalələrinə edilən istinadların sayı 160 olub.
Hesabat dövründə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə institutu tərəfindən 10 ixtiraya dair iddia sənədi göndərilib, ixtiranın dərci üçün 3 müsbət qərar, 7 patent alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]