ASTANADA MDB DAXİLİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ BAŞA ÇATMIŞDIR
İclasda MDB ölkələrində mütəşəkkil cinayətkarlıq, terrorizm, ekstremizm, narkobiznes, qeyri-leqal miqrasiya ilə mübarizə, həmçinin hüquq mühafizə orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi, informasiya mübadiləsinin aparılması, yüksək texnologiyalar sahəsində cinayətkarlıq və digər məsələlər müzakirə olunmuşdur.
Qeyd olunmuşdur ki, MDB daxili işlər orqanlarının əməkdaşlığı nəticəsində 5 mindən artıq narkocinayətkarlıq faktı aşkar edilmiş, tərkibində narkotik olan19 ton maddə tutulmuşdur.
Qazaxıstanın daxili işlər naziri Baurjan Muxamedjanov MDB Daxili İşlər Nazirləri Şurasının sədri seçilmişdir.
Azərbaycanın daxili işlər naziri Ramil Usubovun təklifi ilə Şuranın növbəti iclası 2007-ci ilin sentyabrında Bakıda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]