Astanada türk dövlətlərinin daxili işlər nazirləri bir araya gəliblər
Astana, 10 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirlərinin görüşü başlayıb.
AZƏRTAC Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüş bu ölkənin daxili işlər naziri Yerjan Sadenovun sədrliyi ilə keçirilir.
Görüşün gündəliyində cinayətkarların axtarışı sahəsində əməkdaşlıq, həmçinin kibercinayətkarlığa, transmilli mütəşəkkil cinayətkarlığa, ekstremizmə, insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri yer alır.
Əsas diqqət praktiki əməkdaşlığa və konkret birgə qərarlara yönəldilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]