Astarada bıçaqlanma hadisəsində şübhəli bilinən şəxs həbs edilib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 21-də Astara rayonu ərazisində 1990-cı il təvəllüdlü Nadir Rüstəmovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Astara Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla 1993-cü il təvəllüdlü Həbib Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə aralarında baş vermiş mübahisə nəticəsində Nadir Rüstəmova bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə Həbib Şabanov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]