“AtaSığorta”ya müvəqqəti inzibatçı təyin olunub
Bakı, 6 yanvar, AZƏRTAC
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 06.01.2026-cı il tarixli Qərarı ilə “AtaSığorta” ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.
Həyata keçirilən nəzarət tədbirləri sığorta xidmətləri istehlakçılarının və kreditorların hüquqları qorunması məqsədinə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]
® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb
- 07.08.2026 [15:46]
® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib
- 07.08.2026 [15:44]
® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim
- 07.08.2026 [15:38]