ATƏT-İN MÜŞAHİDƏÇİSİ AZƏRBAYCAN VƏ ABŞ–DA SƏSVERMƏ PROSEDURLARI ARASINDA OLAN OXŞARLIQLARDAN TƏƏCCÜBLƏNMİŞDİR
Keçmiş Sovet İttifaqında hərbi qulluğuna görə və Arkanzasdakı Cefferson seçki dairəsində çalışdığı üçün Azərbaycandakı parlament seçkilərinə müşahidəçi seçilən Stu Soffer bildirmişdir ki, Azərbaycandakı seçkilər və öz dairəsində səsvermə prosedurları arasında olan oxşarlıq onu xeyli təəccübləndirmişdir.
Sofferin sözlərinə görə, Azərbaycandakı parlament seçkiləri beynəlxalq standartlara uyğun olmasa da, ATƏT-in hesabatında göstərilən bir sıra problemlərə cavab olaraq Prezident İlham Əliyev düzəldici tədbirlər görmüşdür.
Stu Soffer yerli “Payn Baff Kommerşl” qəzetinə bildirmişdir ki, İranla Rusiya arasında yerləşən Azərbaycan yaxın gələcəkdə Qərbə neft daşıyacaq kəmərin tikintisini başa çatdırmışdır. Stu Soffer Azərbaycan haqqında təəssüratını bölüşərək demişdir ki, azərbaycanlılar ABŞ-a olduqca dost münasibəti bəsləyirlər.