Avqustda Almaniyada işsizliyin səviyyəsi artıb
Berlin, 29 avqust, AZƏRTAC
Avqustda Almaniyada işsizlərin sayı 46 min nəfər artaraq 3 milyon 25 min nəfərə çatıb. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 153 min nəfər çoxdur. Ölkədə işsizlərin sayı sonuncu dəfə 2015-ci ilin fevralında 3 milyondan yuxarı olub.
AZƏRTAC xəbər verir ki, bu göstəricilər Federal Əmək Agentliyinin açıqlamasında əksini tapıb.
Avqustda işsizliyin səviyyəsi iyulla müqayisədə 0,1 faiz artaraq 6,4 faizə yüksəlib. İyulda ölkədə 2 milyon 979 min işsiz şəxs qeydə alınıb.
Agentliyin açıqlamasında qeyd olunub ki, ölkədə işsizlik göstəriciləri adətən yay aylarında çox olur. Buna səbəb şirkətlərin tətil ərəfəsində daha az işçi qəbul etməsi və bəzi tədris müəssisələrində əmək müqavilələrinin başa çatmasıdır. Lakin avqust ayının göstəriciləri son 15 ildə heç vaxt belə yüksək olmayıb.
Ən yüksək işsizlik səviyyəsi Bremen (11,8 faiz) və Berlində (10,5 faiz), ən aşağı göstərici isə Bavariya (4,2 faiz), Baden-Vürtemberqdə (4,7 faiz) qeydə alınıb.
Federal Əmək Agentliyinin rəhbəri Andrea Nahles bildirib ki, əmək bazarı son illərin iqtisadi durğunluğunun təsiri altında olsa da, sabitləşmənin ilk əlamətləri müşahidə edilməkdədir.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]