AVRASİYA DƏHLİZİNDƏ DƏMİR YOLU İLƏ DAŞINMIŞ YÜKLƏRİN 58,7 FAİZİNİ NEFT MƏHSULLARI TƏŞKİL ETMİŞDİR
Cari ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya (Avrasiya) beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsində dəmir yolu ilə daşınmış yüklərin 58,7 faizi neft və neft məhsullarından, 13,9 faizi tikinti materiallarından, 4,5 faizi taxıl və üyüdülmüş məhsullardan, qalan hissəsi isə digər yüklərdən ibarət olmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yük daşınmasından 323,4 milyard manat, sərnişin daşınmasından isə 6,4 milyard manat gəlir əldə olunmuşdur. Sərnişin daşınması üzrə gəlirlərin həcmi ötən ilin müvafiq dövründəkindən 7,5 faiz çox olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [11:59]