AVROPA ALİMLƏRİ QAÇIRILMAZ TƏYYARƏ YARADACAQLAR
Onlar terrorçuları dayandıracaq “sonuncu sədd” yaradacaqlar. Yaxın gələcəkdə təyyarələrdə quraşdırılacaq yeni antiterror sistemlərinin əsas imkanları arasında özünü şübhəli aparan sərnişinləri müəyyənləşdirə bilən xüsusi sensorlar, habelə toqquşmadan müdafiə sistemləri var. Sonuncular binalar və ya qayalarla toqquşma təhlükəsi zamanı təyyarənin istiqamətini avtomatik surətdə dəyişdirəcəkdir.
Tədqiqatçıların sözlərinə görə, yaxın 15 ildə onlar xüsusi kompyuter də yaratmağa müvəffəq olacaqlar. O, terrorçular bütün təhlükəsizlik sistemlərini “aldadıb”, hətta təyyarənin idarə edilməsini ələ keçirdikdə belə, maşını yaxınlıqdakı hava limanına yönəldə biləcəkdir.
Təhlükəsizlik sistemlərini yaradan Fransanın “Müdafiə təhlükəsizliyi” şirkətinin mütəxəssisi bildirmişdir ki, təyyarənin qaçırılması riski, hər halda, qalacaqdır. Lakin prinsipcə yeni müdafiə sistemlərinin tətbiqi təyyarələrin ələ keçirilməsini və terror aktları törədilməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcəkdir.
Qaçırılmaz təyyarə yaradılması layihəsi 4 il müddətinə nəzərdə tutulmuşdur. Tədqiqatlarda “Airbus”, “Thales” və “Siemens” şirkətləri iştirak edirlər. Layihənin dəyəri 45,7 milyon dollar məbləğində qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]