Avropa çempionatı: Azərbaycan cüdoçuları təsəlliverici görüşdə üz-üzə gələcəklər
Bakı, 23 aprel, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 5 üzvü tatamiyə çıxıb.
Onlardan yalnız Əhməd Yusifov və Turan Bayramov (hər ikisi 60 kiloqram) 1/4 finaladək irəliləyiblər. Bu mərhələdə rəqiblərinə uduzan idmançılarımız bürünc medal uğrunda təsəlliverici görüşdə bir-biri ilə üz-üzə gələcəklər.
Bu gün mübarizəyə qoşulan Könül Əliyeva (48 kiloqram) 1/8 finalda, Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə ilk görüşlərində məğlub olaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]