Avropa çempionatı: Rauf Məmmədov rusiyalı Anton Demçenko ilə qarşılaşacaq
Bakı, 2 sentyabr, AZƏRTAC
Bu gün İslandiyanın paytaxtı Reykyavik şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatının səkkizinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin liderlərindən biri, Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda rusiyalı Anton Demçenko ilə mübarizə aparacaq.
Digər təmsilçilərimizdən Nicat Məmmədov polşalı Kacper Piorun, Nicat Abbasov gürcüstanlı Levan Pantsulaya, Aydın Süleymanlı Ruben Gideon Koellner (Almaniya), Read Səmədov İslandiya təmsilçisi Hedinn Steingrimsson ilə qarşılaşacaq.
Qeyd edək ki, şahmatçımız Rauf Məmmədov ötən turların nəticəsinə görə 6 xalla 1-2-ci yerləri bölüşür. Təmsilçilərimizdən N.Məmmədovun nəticələrini də xüsusi qeyd etmək olar. Belə ki, şahmatçımız liderdən cəmi yarım xal (5,5 xal) geri qalaraq 3-9-cu yerləri bölüşür.
Digər şahmatçılarımız N.Abasov 4,5, A.Süleymanlı, R.Səmədov 4 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]