Avropa ikincisi olan güləşçi: Finalda dözümlülüyüm çatmadı
Zrenyanin, 11 mart, AZƏRTAC
Avropa çempionatında zəif rəqib olmur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyanın Zrenyanin şəhərində təşkil edilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Vasif Bağırov deyib.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ikinci olmağını belə izah edib: "Həlledici görüşdə dözümlülüyüm çatmadı. Bura qızıl medal üçün gəlmişdim. Amma ikinci oldum, buna da şükür. Qarşıda bizi dünya çempionatı gözləyir. Həmin turnirdə özümü yaxşı tərəfdən göstərib, Azərbaycan Bayrağını yüksəklərə qaldırmaq istəyirəm".
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2-si gümüş, 3-ü bürünc olmaqla ümumillikdə 5 medal var. U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Müxbir: Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]