Avropa İttifaqı Gürcüstana xüsusi nümayəndə göndərəcək
Tbilisi, 9 mart, AZƏRTAC
Avropa İttifaqı Gürcüstanda iqtidar-müxalifət dialoqunun davam etdirilməsi üçün bu ölkəyə xüsusi nümayəndə təyin edib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu missiyanı İsveçdən olan diplomat Kristian Danielsona həvalə edib. O, Aİ-nin vasitəçiliyi ilə Gürcüstanda aparılan siyasi dialoqun dəstəklənməsində iştirak edəcək.
Eyni zamanda, bu gün Brüsseldə Gürcüstan üzrə dinləmələr keçiriləcək. Dinləmələr zamanı Şarl Mişelin Gürcüstana səfəri ilə əlaqədar hesabatı təqdim olunacaq, xüsusi nümayəndənin vəzifələri müəyyənləşdiriləcək. K.Danielson isə yaxın günlərdə Gürcüstana səfər edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]