Avropa Komissiyası Macarıstandakı seçkilərdən öncə Budapeşti sərt tənqid etməyəcək
Bakı, 16 fevral, AZƏRTAC
Avropa Komissiyası Macarıstanda qarşıdan gələn seçkilərə müdaxilə ittihamlarından yayınmaq üçün bəyanatlarında daha ehtiyatlı olacaq və Budapeşti həddindən artıq tənqid etməkdən çəkinəcək.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə mənbəyinə istinadla məlumat yayıb.
“Avropa Komissiyası seçkilərə müdaxilədə ittiham olunmaması üçün Macarıstanla bağlı heç bir geniş açıqlama verməməklə ağıllı davranır”, - deyə nəşrin həmsöhbəti bildirib.
Qeyd edək ki, Macarıstanda yeni hökumətin formalaşması ilə nəticələnəcək seçkilər aprelin 12-nə təyin edilib. Seçkilərdə Baş nazir Viktor Orbanın hakim FİDES - Macarıstan Vətəndaş İttifaqı partiyası və onun tərəfdaşları olan xristian demokratlar müxalif “Tisa” partiyası ilə mübarizə aparacaq. Sonuncunun lideri, Avropa Parlamentinin üzvü Peter Madyar Avropa İttifaqı rəhbərliyinin və Avropa Parlamentindəki ən böyük fraksiya - Avropa Xalq Partiyasının dəstəyinə arxalanır.
Analitiklərin sözlərinə görə, Macarıstanda qarşıdan gələn seçkilər Avropa İttifaqı üçün ən böyük çətinliklərdən biridir və Brüssel Viktor Orbandan yaxa qurtarmaq üçün əlindən gələni edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]