Avropa Oyunları: Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib
Bakı, 30 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.
İlk “üçlük”də isə növbəti dəfə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) yenidən ikinci pilləyə yüksəlib. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü sıraya geriləyib.
İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]