AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ SESSİYASINA
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə deputatlarımız təşkilatın növbəti sessiyasında iştirak etmək üçün yanvarın 19-dan 26-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, deputatlardan Əli Hüseynov, Gültəkin Hacıyeva, Nairə Şahtaxtinskaya, Əli Abbasov, Nazim İbrahimov, Bəxtiyar Əliyev, Vaqif Vəkilov, Rafael Hüseynov, Qulamhüseyn Əlibəyli və Aparatın beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov daxildirlər.
Sessiyanın gündəliyinə Azərbaycan, Ukrayna tərəfindən təşkilat qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi, miqrantların və qaçqınların ailə hüququ, hava nəqliyyatında təhlükəsizliyin gücləndirilməsi və başqa məsələlər daxil edilmişdir.
Deputatlarımız sessiyada müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək, tədbirdə iştirak edən nümayəndə heyətlərinin üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.
Milli Məclisin mətbuat
xidməti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]