AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI NÜMAYƏNDƏ HEYƏTİNİN SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) nümayəndə heyətinin Bakıya səfəri başa çatmışdır. Bu nüfuzlu beynəlxalq maliyyə qurumunun nümayəndə heyəti Azərbaycan Dövlət Dəmir Yolu sistemində islahatlar aparmaq üçün AYİB-in ayırdığı 20,2 milyon dollar məbləğində birinci kredit hesabına layihələrin həyata keçirilməsi işlərinin nəticələri ilə tanış olmuşlar.
Bu vəsait hesabına Transqafqaz dəmir yolu sisteminin təkmilləşdirilməsi layihəsi üzrə 60 kilometrlik yolun yenidən qurulması üçün 8,5 min ton rels, iki yol maşını və şpallar alınmış, habelə Biləcəridə yuyucu-buxarlama stansiyası yenidən qurulmuşdur.
Səfər zamanı 30 milyon dollar məbləğində ikinci kredit ayrılması məsələsinə dair danışıqlar da aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:26]
Misin qiyməti rekord göstəriciyə çatır
- 22.09.2026 [15:42]