Avropada koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə icazə verilib
Vyana, 11 mart, AZƏRTAC
Avropa İttifaqı ölkələrində koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə icazə verilib.
AZƏRTAC xəbər verir ki, martın 11-də Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Johnson & Johnson” şirkətinin istehsalı olan peyvəndin tətbiqini tövsiyə edib. Bunun ardınca isə Avropa Komissiyası peyvəndin istifadəsinə icazə verib. Komissiya prezidenti Ursula von der Leyen bu barədə öz “Twitter” hesabında paylaşım edib və Avropa bazarına daha təhlükəsiz və təsirli peyvənd maddələrinin daxil olduğunu qeyd edib.
“Johnson & Johnson” şirkətinin istehsalı olan peyvəndin digərlərindən fərqli əsas xüsusiyyəti onun istifadə dozasının cəmi bir komponentdən ibarət olmasında və adi məişət soyuducularında belə saxlana bilməsindədir.
ABŞ-da iki həftə bundan əvvəl istifadə üçün icazə verilən peyvəndin Avropa ölkələrinə çatdırılması hələ bir neçə həftə çəkəcək. Avropa İttifaqı şirkətə ümumilikdə 200 milyon peyvənd dozası sifariş verib, onların 55 milyonu bu ilin ikinci rübü ərzində istehsalçı tərəfindən müvafiq ölkələrə çatdırılmalıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]