AVROPALI QONAQ İDMAN-KONSERT KOMPLEKSİNDƏ APARILAN YENİDƏNQURMA İŞLƏRİNDƏN RAZI QALMIŞDIR

AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey aprelin 8-də Heydər Əliyev adına İdman-Konsert Kompleksinə gəlmiş, burada aparılan yenidənqurma-təmir işləri ilə tanış olmuşdur.Qonağa məlumat verən gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, 8 min nəfər tamaşaçı tutan bu kompleks 1990-cı ildən fəaliyyət göstərir və indiyədək əsaslı təmir olunmamışdır. Ötən illərdə bu idman-konsert kompleksində idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatları keçirilmişdir. Ötən ildən burada yenidənqurma-təmir işləri başlanmışdır və bu yay başa çatdırılacaqdır.
Nazir idmanın müxtəlif növləri üzrə 2007-ci ildə kompleksdə keçiriləcək çempionatlar barədə qonağa ətraflı məlumat vermişdir.
Avropa Olimpiya Komitəsinin prezidenti idman qurğusunda aparılan yenidənqurma işlərindən razılığını bildirmiş, Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğını xüsusi qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]