Avrozonada investorların inam indeksi geriləyib
Roma, 4 avqust, AZƏRTAC
Avrozonada investorların inam indeksi yenidən mənfi səviyyəyə enib.
AZƏRTAC xəbər verir ki, inam indeksi avqust ayında 8,2 bənd azalaraq mənfi 3,7 olub. Bazar proqnozları isə indeksin 6,9 səviyyəsinə yüksələcəyi istiqamətində idi.
İnvestorların inam indeksi 2 aylıq müsbət göstəricidən sonra yenidən mənfiyə düşüb. İyulda indeks 4,5 təşkil etmişdi. İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də geriləyib.
Ekspertlərin fikrincə, Avrozonada investorların inam indeksi Avropa İttifaqı ilə ABŞ arasındakı ticarət tarifləri müzakirələri fonunda yenidən mənfi səviyyəyə enib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]