AVTOMOBİLİN TOQQUŞMASI BİR NƏFƏRİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Qusarın Yeni Həyat kənd sakini, 40 yaşlı Rasim Ağamuradovun idarə etdiyi “Jiquli” markalı avtomobil Bakı şəhər sakini, 45 yaşlı Nəcməddin Daşdıyevin “Ford”u ilə toqquşmuşdur. Hadisəyə səbəb “Jiquli” sürücüsünün sərxoş halda yol hərəkəti qaydalarını pozması olmuşdur. Nəticədə bu avtomobildəki sərnişin, Quxrova kənd sakini, 38 yaşlı İzacəddin Şadıyev ciddi xəsarət almışdır. O, rayonun mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişmişdir.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]