“AYDAN” ESTONİYA-AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ YARIŞIN QALİBİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Estoniyanın Tallin şəhərində milli azlıqlar arasında 2006-cı ilin inteqrasiya üzrə layihələrinin ilk çempionatı keçirilmişdir. Yarışın qalibi “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, bu cəmiyyət Estoniyanın ictimai-siyasi həyatında çox fəal iştirak edir, Azərbaycan xalqının mədəniyyətini, dilini və tarixini təbliğ edir. 2006-cı ildə cəmiyyətin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik günü qeyd edilmiş, Estoniyanın İslam cəmiyyəti və Şəhər muzeyi ilə birgə “Rəhmli Allahın adı ilə” sərgisi təşkil edilmişdir.
Mükafatı diplomat korpusunun və KİV-in iştirakı ilə Estoniyanın Milli Münasibətlər naziri Paul Erik Rummo təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]