Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanmış mina və partlamamış hərbi sursatların sayı açıqlanıb
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 27-dən dekabrın 3-dək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 37, tank əleyhinə 24 mina və 579 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 2545,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:13]
Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib
- 06.10.2026 [15:58]
Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO
- 06.10.2026 [15:17]
Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək
- 06.10.2026 [14:27]