Azərbaycan ağırlıqqaldıranı: İnanıram ki, Paris Olimpiadasına lisenziya qazanacağıq
Bakı, 12 yanvar, AZƏRTAC
"Hazırlıqlar yüksək səviyyədə davam edir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin ağırlıqqaldıranı Ömər Cavadov “ASK Arena”da yeni istifadəyə verilmiş bazadakı təlim-məşq toplanışı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Gənc idmançı fevralda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatında uğurlu nəticəyə ümid etdiklərini bildirib: "Lizenziya xarakterli yarış olduğu üçün qızıl medal qazanmaq istəyirik. Daha sonra Tailandda keçiriləcək dünya çempionatında çıxış edəcəyik. Orada da uğurlu nəticə əldə etmək niyyətindəyik. Çünki "Paris-2024" Yay Olimpiya Oyunlarında iştirakımız bu turnirlərdəki nəticələrdən asılı olacaq. İnanıram ki, çətin də olsa, Olimpiadaya lisenziya qazanacağıq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]