Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verir

Bakı, 7 yanvar, Ceyhun Alışlı, AZƏRTAC

Yanvarın 7-də Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu münasibətlə Ağsaqqallar Şurasının üzvlərini təbrik edib.

Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verir. Azərbaycan ağsaqqalları tariximizin bütün dövrlərində öz sözlərini deyiblər. Ağsaqqallar Şurası bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərir.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ağsaqqalları yenə də öz sözlərini dedilər. Xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduq. Ölkəmiz inkişafının yeni bir mərhələsinə qədəm qoyur. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq, abadlıq işləri görüləcək. Beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında böyük fərqi bir daha görəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərimiz gülüstana çevriləcək. Bu xüsusda da ölkəmizin inkişafının yeni mərhələsində ağsaqqallarımızın böyük rolunun olacağına əminik. Həmçinin regionlarda Azərbaycan ağsaqqal ocaqlarının daha da inkişaf etdirilməsi və onların cəmiyyətimizin inkişafında daha fəal rol oynamaları önəmlidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Prezident İlham Əliyevin cəmiyyətimizdə ictimai birliklərin, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dövlət orqanları yanında məşvərətçi şuraların yaradılmasına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan cəmiyyəti və mədəniyyətində ağsaqqal sözünün öz çəkisi, xüsusi yeri var. Biz bunu çox böyük fəxrlə deyə bilərik ki, heç bir ölkədə Ağsaqqallar Şurası institutu yoxdur. Azərbaycan bu mənada da özünün əsrlərlə formalaşmış zəngin təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşə bilər. Beynəlxalq səviyyədə sülhün, əmin-amanlığın və mədəniyyətlərarası dialoqun təşviqi prosesində Azərbaycan ağsaqqalları da öz sözlərini deyə bilərlər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Ağsaqqallar Şurası deyilən bir institut var ki, burada bizim təsisatımız fəal rol oynayır.

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən Eldar Quliyev bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır: “Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Ötən ilin bizim üçün dəyəri o oldu ki, 30 il ərzində həll edilməyən Qarabağ problemi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həllini tapdı. Torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Bu nailiyyətimiz Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi idi. İnanırıq ki, bu torpaqlarda quruculuq-abadlıq işləri böyük sürətlə həyata keçiriləcək. Biz də Ağsaqqallar Şurası olaraq bu prosesdə yaxından iştirak edəcəyik”.

Ağsaqqallar Şurasının növbəti üç il üçün fəaliyyət proqramı qəbul etdiyini bildirən Eldar Quliyev deyib: “İlk növbədə, yerlərdə seçkilər keçirilməlidir, eyni zamanda, nizamnamələr təsdiq edilməli və şərait yaradılmalıdır. Dövlətimizin başçısının bizə göstərdiyi etimadı doğruldacağımıza əminik”.

Sonra tədbir iştirakçıları yeni inzibati binada yaradılmış şəraitlə tanış olublar.

Azərbaycan Ağsaqqallar Şurasının yeni inzibati binasının açılışı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZƏRTAC-ın baş buraxılış redaktoru Pərvin Abbasov BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu işğal etmək planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

® “Towards COP29” şüarı altında “Sustainable Construction Summit” zirvəsi keçirilib

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir

Arterial hipertoniya zamanı optimal müalicə üsulunu seçmək üçün risk faktorlarını öyrənmək vacibdir

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Şəkər xəstəliyindən kişilər daha çox əziyyət çəkirlər

“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları Qətərə yollanıb

Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bir neçə mərkəzi küçədə nəqliyyatın hərəkəti yenidən təşkil edilir

Niderland “Caspian Agro” sərgisində 8 şirkətlə təmsil olunur

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb: bir nəfər ən yüksək bal toplayıb

Azərbaycanın turizm imkanları Çində sərgilənir

İxrac neft və qaz boru kəmərində şərti qəzanın aradan qaldırılması ilə bağlı təlim keçirilib

Tarixi Azərbaycanın toponimlərinə dair kitab hazırlanır

“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun geniş tərkibdə iclası keçirilir

Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanunun uğurlu realizəsi ali niyyətlərə sadiqliyi göstərir ŞƏRH

Azərbaycan və Danimarka futbol sahəsində əməkdaşlıq edə bilər

Sırski: Rusiya ordusu Ukraynada döyüş zonasını 70 kilometr genişləndirib

Dövlət İmtahan Mərkəzi və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb

Milli Teatrda “İblis” tamaşasının məşqlərinə başlanılıb

Britaniya Memarlarının Kral İnstitutunun nümayəndə heyəti AzMİU-da

“Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” mövzusunda tədbir keçirilib

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Ağsu vətəndaşlarla görüşüb

Azərbaycanın iki boksçusu finala yüksəlib, üçü bürünc medal qazanıb

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib

Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub

İqtisadiyyat İnstitutunun doktoranturasına müraciət edənlərin sayı açıqlanıb

® “Unibank”ın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 ay ərzində 13 layihə maliyyələşdirilib

Fizika İnstitutu ilə AzMİU arasında memorandum imzalanıb

Füzuli, Ağdam və Cəbrayılın bəzi kəndlərində vətəndaşlara aylıq müavinətin ödənilməsi dayandırılıb

“Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” - nəzəri konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Cəmil Sədizadə

Bir il ərzində Naxçıvan “ASAN xidmət” mərkəzinə 422 mindən çox müraciət qeydə alınıb

Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeydən təhsilə” adlı tədbir keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Lüksemburq parlamentinin qərəzli qətnaməsini pisləyib

Azərbaycan türk dövlətlərinin sosial sahə üzrə məsul şəxslərinin birinci toplantısında təmsil olunub

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Premyer Liqaya vəsiqə qazanacaq komandanın mükafatlandırma mərasiminin vaxtı açıqlanıb

Filarmoniyada yay konsert mövsümünün təntənəli açılışı olacaq

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar YENİLƏNƏCƏK

Berlində Azərbaycan ədəbiyyatından alman dilinə çoxsaylı tərcümələr etmiş Liliane Qrimmin xatirəsi anılıb

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar YENİLƏNƏCƏK

Sumqayıt gəncləri qlobal iqlim dəyişikliklərinin həllində COP29-un əhəmiyyətini müzakirə ediblər

BMU-da Azərbaycanın nəqliyyat sistemi ilə bağlı elmi-praktik konfrans keçiriləcək

Bakıdakı Rus evində Rusiya və Yaponiya musiqiçilərinin çıxışı olub

“GreenAgroHack” startap müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

PFL Azərbaycan çempionları üçün hazırlanmış yeni kubok və medalları təqdim edib VİDEO

2027-ci ildə qadınlar arasında futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkə bəlli olub

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“Aztelekom” Masallı şəhərində GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb

Bakıdakı Rus evində “Abşerona bahar gəlir” adlı yaradıcılıq gecəsi keçirilib

Azərbaycan və Belarus prezidentləri Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar YENİLƏNƏCƏK

YURDUM – Azərbaycanın ilk sosial ekokənd layihəsi

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib YENİLƏNƏCƏK

Azərbaycan və Belarus prezidentləri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar YENİLƏNƏCƏK

Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış YENİLƏNƏCƏK

Alessandra Rokasalvo: Azərbaycanın böyük yaşıl enerji potensialı var

Bəzi yerlərdə fasilələrlə yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər YENİLƏNƏCƏK

Fransa zor gücü ilə Yeni Kaledoniyanı öz təsir dairəsində saxlamaq istəyir - ŞƏRH

Azərbaycan həndbol millisi Özbəkistanda ikinci qələbəsini qazanıb

“Dərbəndin müdafiə-istehkam qurğuları (qədim dövrdən XX əsrin əvvəllərinə qədər)” kitabı çapdan çıxıb

Kamera və Orqan Musiqisi zalında növbəti konsert ustadlara ithaf olunub

Prorektor: BDU-da keçirilən tibbi aksiyanın müddəti uzadılıb

Faktiki hava: Dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb

“Liverpul”u mövsümün sonunda tərk edəcək ilk futbolçu məlum olub

NBA: “Minnesota Timbervulvz” seriyanı bərabərləşdirib

“Middle East Monitor” jurnalı Azərbaycanın yaşıl iqtisadiyyata keçid prosesindən yazıb

Azadlıq mübarizəsi aparan xalqların Fransa müstəmləkəçiliyinə etirazları tam legitimdir ŞƏRH

Kiberfiziki sistem komponentlərinin funksional boşluqlarına dair tədqiqat aparılır

Küveyt Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Şuşa hər zaman Türk dünyasının mənəvi paytaxtı olaraq qalacaq

XİN: Fransa tərəfi Azərbaycanla bağlı son açıqlamasına görə üzr istəməlidir

İki ölkədən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

AFFA rəhbərliyi bir neçə assosiasiya ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Qazax rayonunda əmək hüquqlarını pozan işəgötürən cərimələnib

Azərbaycanda bloklanmış IMEI kodlarla 1 milyon dəfədən çox şəbəkəyə qoşulma cəhdi olub

Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirəcək

DSMF-nin xərcləri 13,3 faiz artıb

Azərbaycan Premyer Liqası: XXXV turun hakimləri müəyyənləşib

AMB sədri: Hər bir dövlətin maliyyə sisteminin yeni çağırışlara cavab verməsində özəl sektor mühüm rol oynamalıdır

DİN rəsmisi: İnsan alverinin qurbanı olan 98 nəfərə 5300 manat yardım edilib