AZƏRBAYCAN ALİMİNİN BEŞ KİTABI ALMANİYA ALİ MƏKTƏBİ KİTABXANASININ KATALOQUNA DAXİL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, filologiya elmləri namizədi Abid Tahirlinin Azərbaycan mühacirət problemi, xüsusilə mühacirət mətbuatı ilə bağlı araşdırmaları təkcə ölkəmizdə deyil, xaricdə də bu sahə ilə məşğul olan mütəxəssislərdə və geniş oxucu kütləsində böyük maraq doğurur. Bu fikri müəllifin ünvanına Almaniyanın Halle şəhərinin məşhur Martin Lüter Universitetindən daxil olmuş məktub da sübüt edir. Məktubda bildirilir ki, tanınmış tədqiqatçı-filoloq A.Tahirlinin beş kitabı - “Azərbaycan mühacirəti” (Bakı, “Tural-Ə” nəşriyyatı, 2001), “Sözlə yarananlar, sözü yaşadanlar” (Bakı, “Əbilov, Zeynalov və qardaşları”, 2001), “Azərbaycan mühacirət mətbuatı” I-ci hissə (Bakı, “QAP poliqraf”, 2002), “Azərbaycan mühacirət mətbuatı” 2-ci hissə (Bakı, “Ozan”, 2003) və “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)” (Bakı, “Ozan”,2005) kitabları universitetin mərkəzi kitabxanasının kataloquna daxil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:13]
“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib
- 07.10.2026 [10:26]