Azərbaycan Avropa Gənclər Yay Olimpiya Festivalında 55 idmançı ilə təmsil olunacaq
Bakı, 9 aprel, AZƏRTAC
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşü keçirilib.
Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a verilən məlumata görə, 40-dan çox ölkənin iştirak etdiyi görüşdə ölkəmizi MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edib.
Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları, həmçinin təşkilati məsələləri, atletərin yeləşdirilməsi və yaradılan şəraitlə də bağlı müzakirələr aparıblar.
Azərbaycan komandası 10 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, stolüstü tennis, atletika, badminton, taekvondo, dağ velosipedi, atıcılıq) 55 idmançı ilə yarışlarda iştirak edəcək.
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı 20-26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]