Azərbaycan batutçuları açıq Türkiyə çempionatında uğurla çıxış ediblər
Bakı, 4 oktyabr, AZƏRTAC
İzmirdə batut gimnastikası üzrə açıq Türkiyə çempionatı təşkil olunub. Yarışda Selcan Mahsudova, Maqsud Mahsudov, Hüseyn Abbasov, Mehdi Əliyev, İbrahim Mustafazadə və Ammar Baxşaliyev iştirak ediblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, böyüklər arasında çıxış edən S.Mahsudova qüsursuz çıxış nümayiş etdirərək birinci olub.
13-14 yaşlı gimnastlar arasında çıxış edən M.Mahsudov da birinciliyi əldən verməyərək, fəxri kürsünün ilk pilləsində yer alıb. Onunla eyni yaş qrupunda çıxış edən M.Əliyev finalda yeddinci olub.
M.Mahsudov, M.Əliyev və H.Abbasov 13-14 yaşlı gimnastlar arasında komanda hesabında gümüş medal qazanıblar.
Daha bir medalı isə 10-12 yaşlı gimnastla yarışan A.Baxşaliyev qazanıb. Gimnastımız bu yarışda ikinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]